Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

TANAP-a ilk qaz bu tarixdə vurulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
TANAP-a ilk qaz bu tarixdə vurulacaq

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinə (TANAP) sınaq məqsədilə ilk qaz 2018-ci ilin yanvar ayında vurulacaq.

 

Bunu “Anadolu” agentliyinə TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

 

O qeyd edib ki, hazırda Türkiyə-Gürcüstan sərhəddindən Əskişəhərə qədər olan hissə üzrə (Faza-0) 80% işlər görülüb:

 

“Bu ilin sonuna qədər “Faza-0 “üzrə mexaniki işlərin tamamlanması gözlənilir. Bundan sonra, istismara vermə işləri başlayacaq. 2018-ci ilin yanvar ayında ilk sınaq qazı veriləcək. Bu sınaqlar aparıldıqdan sonra, 2018-ci ilin iyun ayında kəmər kommersiya qazı üçün hazır olacaq. Əməliyyatlar üçün də hazırlıqlara başlamışıq. Xeyli sayda işçi qəbul olunub və hazırda onlara treninqlər keçirilir”, - deyə o bildirib.

 

TANAP-ın baş direktorunun sözlərinə görə, Əskişəhərin qərbindən başlayaraq Avropaya qədər uzanan hissədə (Faza-1) 45% iş icra olunub.

 

S.Düzyol ümumilikdə TANAP üzrə işlərin 70%-nin tamamlandığını qeyd edib: “TANAP-ın Dardanel boğazından keçən sualtı hissəsi  üzrə işlər  bu ilin yay aylarında həyata keçiriləcək. Malayziyanın "Sapura Kencana" şirkəti axıntıya qarşı özünü tarazlayan və suyun üzərində hərəkət etmədən qala bilən gəmini bölgəyə gətirərək dəniz keçidini inşa edəcək. Sualtı hissədə 36 düymlük iki boru xətti döşənəcək".

 

Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

 

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

 

© Report

05.05.2017 13:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ