AzFinance: İdarəetməyə 45 milyon manat cəlb etmişik
Azərbaycanda vəsaitlərini idarə edilməsi üçün investisiya şirkətinə həvalə edən şəxslərin sayı artır.
"Marja"nın məlumatına görə, maliyyə investisiya forumunda (FİF 2017) "AzFinance" investisiya şirkətinin direktor müavini İntiqam Səfərəliyev bildirib ki, proses artan trendlə davam edir:
"Hazırda müştərilərimizin 45 milyon manat vəsaitini idarə edirik. 2016-cı ildə 25 milyon manat cəlb etdiyimiz halda bu ilin birinci rübündə 20 milyon manat cəlb etmişik. İlin sonunda 100 milyon manatı idarəetməyə cəlb edə biləcəyimizi proqnozlaşdırırıq".
İntiqam Səfərəliyev qeyd edib ki, investisiya şirkəti seçilən risk nisbətindən asılı olaraq müştərinin vəsaitini idarə edir. Məsələn, seçilən 20 faizlik risk nisbətilə investisiya şirkətinə vəsaitin 20 faizədək itirə biləcəyi razılığı verilir. Amma bu mütləq zərər ediləcəyi demək deyil:
"Müştərilərin vəsaitləri istiqraz, səhmlər daxil müxtəlif alətlərə yatırılır. Müddətin sonunda vəsait geri qaytarılan zaman investisiya şirkəti komissiya tutur. Buna görə maraqlıyıq ki, daha çox komissiya almaq üçün vəsaiti daha yüksək gəlirlilik ilə idarə edək".
O qeyd edib kiş ötən il orta risk nisbətini seçmiş müştəri vəsaitini 39 faiz artıra bilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
İndi Embafinans Biznes kreditləri Sizin biznesinizin inkişafında ən böyük yardımçınız olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl