Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İstirahət gününə olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət gününə olan hava proqnozu açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sabah, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə Abşeron yarımadasında 11-16, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir.

 

Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.  

06.05.2017 10:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ