Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil krediti bərpa olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil krediti bərpa olundu

 

Azərbaycanda 10 markanın rəsmi distrubyutoru olan “Avtolux Azərbaycan” şirkəti avtomobillərin 5 illik kreditlə satışına başlayıb.

Reklam_3_11

 

Tələblərə görə, yeni avtomobilin kreditlə satışı zamanı ilkin ödəniş 40% olmalıdır. “Avtolux Azərbaycan” şirkətində isə ilkin ödəniş 20% təşkil edir.

 

“Avtolux Azərbaycan” şirkətinin direktoru İbrahim Əhmədov  “Marja”ya bildirdi ki, yenicə olaraq “Xalq Bank” ilə əməkdaşlıq çərçivəsində avtomobillərin kreditlə satışına başlanılıb. Müştərinin ödəyəcəyi ilkin ödəniş 20%, kredit faizi 17%, müddət isə 5 ilədəkdir.

 

“Qaydalara görə, avtomobil kreditində ilkin ödəniş minimum 40% olmaldır. Biz müştərilərin rahat avtomobil almalarını təmin etmək üçün, 40 faiz olan ilkin ödənişin 20%-ni üzərimizə götürmüşük. Yəni, ilkin ödənişin 20%-ni müştəri, 20 faizini isə şirkətimiz ödəyir”.

 

Bu gün “Avtolux Azərbaycan” şirkəti yeni “Jeep Renegade Trailhawk” modelinin təqdimatını keçirib. Bu avtomobili 10600 manat ilkin ödəniş etməklə, 5 il müddətinə, 1053 manat aylıq ödənişlə əldə etmək olar.

 

Fiat avtomobillərinin qiyməti daha aşağı olduğundan aylıq ödənişlər də aşağı olur.

 

“Jeep Renegade Trailhawk” modelinin təqdimat mərasimindən öncə keçirlmiş mətbuat konfransında “Avtolux Azərbaycan” şirkətindən brend meneceri Azər Cəlilov  bildirdi ki, Renegade modeli  2.4 litr, 184 at gücündə mühərriklə və 9 pilləli  avtomatik transmissiya ilə  təchiz edilir. Avtomobilin qiyməti 53 min manatdır. Maksimum 180 km/saat sürətlə hərəkət edə bilən Jeep Renegade modeli, 100 km-ə orta hesabla 8.1 litrlik  yanacaq sərf edir.  Renegade modeli 351 litrlik baqaj həcmilə də uzun səyahətlər üçün yetərli yükləmə imkanı təqdim edir. 

 

Qeyd edək ki, “Avtolux Azərbaycan” şirkəti “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, “Alfa Romeo”, “Abarth”, “Ferrari”, “Aston Martin” və “Lamborgini” brendlərinin Azərbaycanda rəsmi distribyutorudur.

 

Daha ətraflı məlumat almaq üçün Ü. Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz.

07.05.2017 08:34

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ