Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Neft qiymətləri təslim olmağa yaxınlaşdı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft qiymətləri təslim olmağa yaxınlaşdı"

ABŞ-ın iri beynəlxalq investisiya bankı Goldman Sachs, qlobal bazarlarda neft qiymətlərinin təslim olmağa yaxınlaşdığı barədə xəbərdarlıq edib.
 


"Marja" xəbər verir ki, Goldman Sachs-ın yayımladığı "Neft Təslim Olmağa Yaxınlaşıb" adlı hesabatda, keçən cümə günü xam neft qiymətlərinin təxminən 8 faiz azalaraq son 5 ayın ən aşağı səviyyəsinə geriləməsi qiymətləndirilib.
 

Reklam_3_11

0% KREDİTLƏ OFİS MEBELİ!


Hesabatda, ABŞ-da artan xam neft hasilatına işarə edilərək, ölkədəki şist nefti istehsalçıları ilə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvləri arasında "şiddətli rəqabət" olduğuna və bunun da qiymətlərə mənfi təsir etdiyinə diqqət çəkilib.
 


ABŞ-da artan xam neft hasilatının, OPEC ilə Rusiyanın 30 Noyabrda əldə etdiyi istehsalın azaldılması razılaşmasının müsbət  təsirlərini tərsinə çevirə biləcəyi vurğulanaraq, müqavilənin bu ilin ikinci yarısında davam etməsi ehtimalının da riskə girdiyi qeyd olunub.


 
Yüksək xərclə ABŞ-da şist nefti çıxaran istehsalçıların artıq bareli 50 dollar olan qiymət səviyyəsinə daha sürətli cavab verdikləri qeyd edilərək, istehsalçıların fəaliyyətlərini davam etdirmək üçün lazımi sərmayələrinin də olduğu qeyd edilib.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


 
Hesabatda həmçinin, neft qiymətlərindəki sürətli geriləmənin Goldman Sachs-ın bu il üçün orta hesabla 50 dollar olan qiymət proqnozu üzərində də risk yaratdığı məlumatına yer verilib.


 
Ötən Cümə gün Brent növü xam neftin barreli  46,90 dollara, ABŞ-ın Qərbi Texas tipi xam neftin bareli də 44,11 dollara qədər geriləmiş, beləliklə, 30 Noyabr 2016-cı il tarixində OPEC ilə Rusiya arasındakı istehsalın azaldılması müqaviləsindən bu yana neftin qiymətlərində əldə edilən qazancların hamısı silinmişdi.


 
 Dünyanın ən böyük üçüncü xam neft istehsalçısı mövqeyində olan ABŞ-ın xam neft hasilatı keçən noyabr ayının sonunda gündəlik orta hesabla 8,7 milyon barreldən, ötən həftə 9,3 milyon barelə yüksəlmiş və son 5 ayda 6,9 faiz artım qeyd etmişdir.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

07.05.2017 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ