NIKOIL | Bank Böyük Vətən müharibəsi veteranlarını təbrik edib
NIKOIL | Bank faşizm üzərində Qələbə gününün 72-ci ildönümü münasibətilə Leninqrad şəhərinin 900 gün mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad mühasirəsi İştirakçılarının İctimai Birliyinə (indiki Sankt-Peterburq) üzv olan Böyük Vətən Müharibəsinin veteranlarına öz maddi yardımını göstərib.
Görüş ənənəvi bayram naharı masası arxasında baş tutmuşdur. Lənkəran filialının əməkdaşları isə Böyük Vətən müharibəsi iştirakçısı 1925-ci il təvəllüdlü Paşayev Daşdəmirlə görüşərək ona əməkdaşların təbrikini çatdırdılar. Daşdəmir müəllim 1943-cü ildə cəbhəyə çağırılmışdır və onun döyüş yolu Belorusiya cəbhəsindən Berlinədək davam etmişdir.
Nəzərinizə çatdırmaq istəyirik ki, Leninqrad mühasirəsi 1941-ci il 8 sentyabr tarixindən, 1944-cü il 27 yanvar tarixinədək davam etmişdir. Bu illər ərzində müxtəlif hesablamalara görə 300 mindən 1,5 milyonadək mühasirədə olan insan həlak olmuşdur. Onlardan yalnız 3%-i bombalanma və artilleriya atəşindən, qalan 97%-i isə aclıqdan həlak oldular. Bundan əlavə qeyd etmək lazımdır ki, 1941 – 1945- ci illər ərzində sovet hərbi sıralarına 600 000-ə qədər azərbaycanlı çağırılmışdır. Onların təxminən yarısı cəbhədə həlak olmuşdu.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
1 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
1 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
2 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
3 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
3 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 3 saat əvvəl