Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Fransanın yeni prezidenti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fransanın yeni prezidenti məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Fransada prezident seçkisinin qalibi, Emmanuel Macron olub. "Marja" xəbər verir ki, ilkin nəticələrə əsasən, Macron səslərin 65,1%-ini toplayıb. Rəqibi ifrat sağçı Marina Le Pen 34,9%-də qalıb.

 

 Macronun qələbəsinin gecə saatlarında tam müəyyənləşməsi gözlənilir.

 

 Hüquqi rəsmi nəticələr isə Fransa Konstitusiya Şurası tərəfindən 10 Mayda açıqlanacaq.

 

Yeni prezidentin vəzifəsinə14 Maya qədər Fransua Hollande-dan alaraq başlayacağı gözlənilir.

 

Qeyd edək ki, seçkinin ikinci turunda  Emmanuel Macron Avropa Birliyi əleyhdarı Le Pen ilə yarışırdı.Le Penin uduzması investorların narahatçılığını ortadan qaldırır.

 

39 yaşlı keçmiş bankir Macron Fransanın ən gənc lideri olacaq.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

 FREXIT RİSKİ 

 

Le Penin Avropa Birliyini (AB) və ortaq pul vahidi Avronu tərk etmək xəyali, bazarların bu seçkiləri müstəsna bir diqqətlə izləməsinə səbəb olub.

 

Fransanın AB-dən çıxması (Frexit) və ya Avro pul vahidini tərk etməsi ehtimalının, Brexit-in etdiyi təsirdən daha böyük olacağı, bu fikrin Avropanın iqtisadi birliyinin sonunu gətirəcəyi vurğulanırdı.

 

 Avropa İttifaqının qurucu üzvlərindən olan Fransa və Almaniya birliyin fəaliyyətini davam etdirən başlıca ölkələr arasında yer alır.

 

Le Pen, 19 ölkə tərəfindən istifadə edilən Avrodan gec-tez imtina ediləcəyini bildirərkən, Macron isə Böyük Britaniyada seçicilərin Brexit səsverməsindən keçirdikləri peşmanlığı göstərib. Eyni şəkildə, amerikalı seçicilərin də  Donald Trumpa səs vermələrindən peşman olduqlarını da bildirib.

 

ƏLA FÜRSƏT:17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 

XARİCİ SİYASƏT

 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının  daimi üzvü olan Fransa, eyni zamanda terror təşkilatı İŞİD-ə qarşı mübarizədə ABŞ-ın aparıcı müttəfiqlərindən biri mövqeyindədir.

 

Macronun, Fransanın xarici siyasətinə yeni bir enerji gətirəcəyi bildirilir.

 

Macronun Suriya və İraqda əməliyyatları davam etdirəcəyi, Suriya Prezidenti Bəşşar Əsəd və Ukraynadakı fəaliyyətinə görə Rusiya üzərində təzyiq tətbiq etməyə davam edəcəyi güman edilir.

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR

07.05.2017 20:21

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ