Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft, bazarda təklifin azalmaqda olduğu ümidilə bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, bazarda təklifin azalmaqda olduğu ümidilə bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Goldman Sachs Group Inc. və Citigroup Inc.-ın xam neft qiymətlərinin keçən həftə beş ayın ən aşağı səviyyəsinə enməsinə səbəb olan satış dalğasının əsas göstəricilərə söykənmdiyini açıqlayıblar. Açıqlamalardan sonra neft qiymətləri yüksəlib.


 
"Marja" xəbər verir ki, neft qiymətləri Nyu-Yorkda, qiymətlərin Noyabr ayından bu yana ən aşağı səviyyəsinə düşməsindən sonra cümə günü 1.5 faiz artdıqdan sonra bazar ertəsi 1.6 faizə qədər dəyər qazanıb.

Reklam_3_11

 

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, OPEC-in hasilatı azaltmasının yəqin ki, bu ilin ikinci yarısına uzadılacağını deyib. 

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 

Goldman Sachs, bazardakı tarazlaşmanın (tələb və təklifin bərabərləşməsi prosesi) yaxşılaşdığını və istehsalın azaldılması müqaviləsinin uzadılmasından daha da dəstək alacağını qeyd edib. 

 

Citigroup-un Əmtəə Araşdırma Direktoru Ed Morze, keçən həftəki ucuzlaşmanın "tamamilə texniki göstəricilərdən" qaynaqlandığını bildirib.


 
Neft qiymətləri ötən həftə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Noyabr ayında hasilatı azaltmaq barədə razılığa gəlməsindən əvvəlki səviyyələrə enib. OPEC, qlobal təklif artığını azaltmağa yönəlmiş səylərinin ABŞ-da artan istehsal ilə əvəz olunacağı qorxusu ilə, 25 Mayda Vyanada keçirəcəyi iclasda, İyun ayında başa çatacaq istehsal azaldılması müqaviləsinin uzadılmasına qərar verə bilər.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


 
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti Nymex birjasında 76 sent və ya 1,6 faiz yüksələrək bareli 46.98 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 82 sent və ya 1.7 faiz yüksələrək bareli 49.92 dollara qalxıb. Qiymətlər ötən həftə 8 faiz düşmüşdü.  

08.05.2017 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ