Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İstiqraz sığortası məhsulu kapital bazarlarını daha da canlandıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstiqraz sığortası məhsulu kapital bazarlarını daha da canlandıra bilər

İstiqraz sığortası məhsulu olarsa, Azərbaycan şirkətlərinin istiqraz buraxılışları daha da arta bilər.

 

Reklam_3_11

“Marja”nın maliyyə bazarlarından əldə etdiyi məlumata görə, bu gün bir çox şirkət vergi və digər orqanlardan çəkinərək maliyyə göstəricilərini açıqlamaq istəmədiklərindən istiqraz buraxa bilmirlər.

 

“Açıq satış üçün istiqraz buraxılışı zamanı şirkət maliyyə göstəricilərini investorlar üçün açıqlamalıdır. Bir çox şirkətlər maliyyə vəziyyətlərini müəyyən səbəblərə görə açıqlamaq istəmirlər. Buna görə, istiqraz buraxılışlarının əksəriyyəti qapalı şəkildə yerləşdirilir. İstiqraz buraxan şirkət öncədən investor taparaq, maliyyə vəziyyəti barədə məlumatları ona təqdim edir. Bundan sonra istiqraz buraxılışı həyata keçirilir və qapalı şəkildə əvvəlcədən razılaşmış investora satılır. Əgər sığorta şirkətləri istiqraz buraxılışını sığortalıyarlarsa, şirkətlər maliyyə göstəricilərini açıqlamadan da açıq şəkildə istiqraz emissiya edə bilərlər. Sığorta olarsa istiqraz buraxılışı ilə borc alanların sayı xeyli artar. Bu halda investor əmin olacaq ki, ödəmə vaxtı çatdıqda ödəniş olmasa sığorta şirkəti onun əvəzinə ödəniş edəcəkdir”.

 

Qeyd edək ki, banklarda kredit faizləri daha yüksək olarkən, istiqraz buraxılışı ilə 15% civarında nisbətlər ilə borc cəlb etmək mümkündür.

 

İstiqraz sığortasında sığorta şirkəti borclunun sazişdən və ya qanundan irəli gələn öhdəliyini yerinə yetirməməsi riskinə qarşı müqavilə məbləğinin ödənməsi təminatını təmin edir.


 
Hazırda Amerika və Avropada bu sığortadan geniş şəkildə istifadə edilir. 

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

08.05.2017 08:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ