Ən yuxarı statik reklam-3_3

Azərbaycanda ilin tikinti şirkəti hansı şirkət seçildi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilin tikinti şirkəti hansı şirkət seçildi?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan Melissa Group tikinti şirkəti “Azeri Business Award” mükafatlandırma mərasimində “ilin tikinti şirkəti” olaraq seçilib.

 

Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevirilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlayıb. Şirkət insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla ilərləməkdədir. Bu illər ərzində öz etibarlılığı ilə seçilən Melissa Group “Azeri Business Award” mükafatlandırma mərasimində ilin tikinti şirkəti olaraq seçilib. Şirkətin direktoru Xəzər Məmmədov mərasimdə “Azeri Business Award” mükafatını qəbul edib.

 

5 ay öncə Melissa Parkın ilk binsını sakinlərə çıxarışla təqdim edən şirkət, söz verdiyi kimi Melissa Parkın ikinci binasının çıxarışını da mənzil sahiblərinə mükafatlandırma mərasimində təhvil verib.

 

Melissa Group “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrasını davam etdirən Melissa Group tikinti şirkəti sağlam təməlli, müasir görünüşlü, möhtəşəm binaların inşası ilə daim alıcıların diqqət mərkəzindədir və peşəkar fəaliyyətini dəfələrlə sübut edən şirkət mükafata təsadüfən laiq görülmədiyini əyani şəkildə göstərdi.

21.12.2016 11:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ