Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan üzərindən daşınmış yüklər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Azərbaycan üzərindən daşınmış yüklər artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13 milyon 163,1 min ton, yük dövriyyəsi isə 2 milyard 744,5 milyon ton-km olmuşdur.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 7 milyon 764,8 min tonu və ya 59,0 faizi avtomobil nəqliyyatı, 3 milyon 653,0 min tonu və ya 27,7 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 745,3 min tonu və ya 13,3 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

 

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 11,2 faiz artım müşahidə edilmişdir.

 

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,7 faizini və ya 2 milyon 723,9 min tonunu tranzit yüklər təşkil etmişdir.

08.05.2017 08:39

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ