Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“AzerGold” 10 hektar ərazini yaşıllaşdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” 10 hektar ərazini yaşıllaşdırdı

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 10 may Gül Bayramı münasibəti ilə Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində yaşıllaşdırma aksiyası keçirib.

 

“AzerGold” QSC-nin Mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, Cəmiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinin dəstəyi ilə 10 hektar ərazidə ağac əkib.

 

Aksiyanın keçirilməsi üçün “AzerGold” QSC bir neçə müddət əvvəl Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinə müraciət edib. Müəssisə müraciətə müsbət yanaşıb, Cəmiyyəti təmənnasız müxtəlif cinsli ağaclarla təmin etməyə və kömək üçün əraziyə mütəxəssislər göndərməyə razılığını bildirib.

 

Cəmiyyətin və müəssisənin əməkdaşları 20 gün ərzində sərv, gavalı, alma, meşə gilası, meşə armudu, qoz, fındıq kimi ağaclardan ibarət ümumilikdə 6 min ağac əkiblər.

 

“AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

08.05.2017 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ