Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İrandan Səudiyyə Ərəbistanına: Məkkə və Mədinə xaricində təhlükəsiz yer qoymarıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İrandan Səudiyyə Ərəbistanına: Məkkə və Mədinə xaricində təhlükəsiz yer qoymarıq

İranın müdafiə naziri Hüseyn Dehkan, Səudiyyəli həmkarı Məhəmməd İbn Salmanın İrana qarşı istifadə etdiyi "Müharibəni İran sərhədləri daxilinə keçirməliyik" sözlərinə sərt reaksiya göstərərək Səudiyyə Ərəbistanını təhdid edib.


 
"Marja" xəbər verir ki, Livanın "El Minar" televiziya kanalına danışan Dehkan, Səudiyyə Ərəbistan rəhbərliyinin İrana qarşı axmaq bir hərbi bir hərəkətdə olması halında, bu ölkədə müqəddəs şəhərlər xaricində təhlükəsiz yer qoymayacaqları ilə təhdid edib.


 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


"Səudiyyə Ərəbistanı müharibəni İran sərhədləri daxilinə keçirə bilərmi"? sualına cavab verən Dehkan, "Səudiyyə Ərəbistanının bu işi necə edəcəyini bilmirəm. Onları belə axmaq bir əməldə olmamaları üçün xəbərdarlıq edirəm, amma etsələr, Məkkə və Mədinə xaricində təhlükəsiz yer qoymarıq" deyə bildirib.
 

Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Salman, ötən həftə bir televiziya kanalına verdiyi müsahibədə, müharibənin Səudiyyə Ərəbistanına çatmadan İran torpaqları daxilinə yönəldilməsi lazım olduğunu söyləmişdi.


 
 Tehran rəhbərliyi, səudiyyəli nazirin bu sözlərindən sonra, Səudiyyə Ərəbistanını Birləşmiş Millətlər  Təşkilatının Təhlükəsizlik Şurasına şikayət etmişdi.

08.05.2017 09:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ