Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Proqnoz: Trampın yeni vergi siyasəti dolları daha 15% bahalaşdıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Proqnoz: Trampın yeni vergi siyasəti dolları daha 15% bahalaşdıracaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni vergi siyasəti dünya bazarında dolların 15% möhkəmlənməsi ilə nəticələnə bilər. 

 

"Vestifinance.ru" saytı xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Bank"ının hesabatında məlumat verilib. 

 

Bankın analitiklərinin fikrincə, vergitutmada baş verəcək dəyişikliklər ABŞ-da idxal rüsumlarının korporativ vergilər səviyyəsinə yüksəlməsinə, ixrac rüsumlarının isə ləğv edilməsinə səbəb olacaq. Nəticədə, ABŞ-ın dünya ölkələri ilə ticarət münasibətləri dəyişəcək. Bu plan həyata keçirilərsə, dolların məzənnəsi ciddi şəkildə möhkəmlənəcək.

 

Analitiklər hesab edirlər ki, bu addımlar idxal qiymətlərinin 20% artmasına, o da öz növbəsində ABŞ-da inflyasiyanın 5 faiz bəndi yüksəlməsinə gətirib çıxaracaq. Vergitutma siyasətində dəyişiklik ABŞ-ın xarici ticarət balansında kəsirin ən azı 2 faiz bəndi azalmasına səbəb olacaq. Ticarət balansının yaxşılaşması və rəqabət qabiliyyətinin artması dolların məzənnəsinin möhkəmlənməsi ilə müşayiət olunacaq. Yeni vergilər nəticəsində baş verəcək qiymət dəyişiklikləri ancaq dolalrın 15% möhkəmlənməsi ilə kompensasiya oluna biləcək. Təbii ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) monetar siyasəti və beynəlxalq ticarət münasibətlərinin dəyişməsi dolların məzənnəsini daha da gücləndirəcək. Təbii ki, vergitutmanın hansı malları və sahələri əhatə edəcəyi hələ məlum deyil.

 

Qeyd edək ki, əgər ABŞ-ın vergi siyasətində dəyişiklik baş tutarsa, dolların əsas rəqibi sayılan avronun məzənnəsi 0,85 USD/EUR-a geriləyə bilər.

 

©Report

 

21.12.2016 11:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ