Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan bu il 800 milyon dollar xərcləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bu il 800 milyon dollar xərcləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Cənub Qaz Dəhlizi" layihəsi üzrə 2014-2019-cu illər üzrə ümumi tələb olunan təqribən 12,4 milyard dollar məbləğində vəsaitin indiyədək 6,6 milyard dollarlıq hissəsi, yəni təqribən 53 faizi xərclənib.

 

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD)  bildirilib ki, bunu CQD-nin baş direktoru Əfqan İsayev deyib. O bildirib ki, cari ilin əvvəlindən bu günədək layihəyə 799,3 milyon dollar investisiya qoyulub.

 

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

 

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

08.05.2017 13:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ