Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

87-ci "Azpetrol" açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
87-ci "Azpetrol" açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azpetrol" şirkəti Abşeron rayonunun Masazır qəsəbəsində özünün yeni yanacaqdoldurma məntəqəsini (YDM) açıb.

 

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu, "Azpetrol"un sayca 87-ci YDM-dir.

 

Yeni məntəqənin açılışında Abşeron şəhər İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak ediblər.

 

Məntəqənin açılışı zamanı “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı ulu öndər və ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır:

 

“Bildiyimiz kimi, prezident İlham Əliyev Azərbaycanda yeni iş yerlərinin yaradılmasını daim öz şəxsi nəzarəti altında saxlayır və bu prosesin sürətləndirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə göstərişlər verir. Ölkə başçısı eyni zamanda regionlarda yeni istehsalat və xidmət sahələrinin təşkili vasitəsilə dayanıqlı yeni iş yerlərinin yaradılmasının vacibliyini həmişə vurğulayır. Biz prezidentimizin qərar və göstərişlərini əsas tutaraq, bu gün Masazır qəsəbəsində şirkətimizin yeni, sayca 87-ci yanacaqdoldurma məntəqəsini böyük təntənə və iftixar hissi ilə istismara veririk. Onu xüsusi qeyd etmək istərdim ki, burada yeni məntəqənin istifadəyə verilməsi ilə 41 daimi iş yerinin açılması məsələsi həll olunur ki, bu da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir”.

 

O qeyd edib ki, bu gün Masazır sakinlərinin və buraya gəlib-gedən qonaqların istifadəsinə verilən yeni yanacaqdoldurma məntəqəsi orijinal və nəfis dizayna malikdir: “Bu cür obyektlər qonaqları yüksək səviyyədə qəbul etməyə, onlara müasir xidmət göstərməyə geniş imkan yaradır. Bu, onu göstərir ki, indi Azərbaycanın bölgələri də ən müasir  infrastrukturla təchiz edilir, regionlarda dünya standartları səviyyəsində obyektlər inşa olunur”.

 

"Azpetrol" şirkəti bundan sonra da Bakı şəhərində yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, şirkət bu il iyulun 15-də Qaradağ rayonunda daha bir YDM-ni açacaq.

08.05.2017 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ