Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dünyada bazar dəyəri 800 milyard dolları keçən ilk şirkət oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada bazar dəyəri 800 milyard dolları keçən ilk şirkət oldu

ABŞ-ın texnologiya nəhəngi Apple-ın bazar dəyəri 800 milyard dolların üzərinə çıxaraq rekord qırıb.


 
"Marja" xəbər verir ki, səhminin dəyəri bazar ertəsi günü 3%-dən çox artım qeyd edən Apple, dünya üzrə bazar dəyəri 800 milyard dolların üzərinə çıxan ilk şirkət olub.


 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


Dünyanın ən böyük bazar dəyərinə malik Apple-ın səhminin qiyməti ötən cümə günü 148.96 dollardan bağlamasının ardından bazar ertəsi günü 3.2 faiz yüksələrək 153.70 dollara qədər qalxıb.


 
 Beləliklə, bu gün bazar dəyəri 815.08 milyard dollar olan Apple, tarixdə bazar dəyəri 800 milyard dolların üzərinə çıxan ilk şirkət olub.


 
 Apple-ın bu ilin ilk rübündəki gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 4.5 faiz artaraq 52.9 milyard dollar olmuşdu. Şirkətin xalis mənfəəti də həmin dövrdə 4.8 faiz artaraq 11 milyard dollara qalxmışdı.


 
 Apple, ABŞ şirkətləri arasında bu ilin yanvar-mart dövründə ən böyük xalis mənfəət əldə edən şirkət olmuşdu.

 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!

09.05.2017 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ