Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çoxdandır gözlənilən yeni Hyundai modeli artıq Azərbaycanda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çoxdandır gözlənilən yeni Hyundai modeli artıq Azərbaycanda!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hyundai Motor Company avtomobil dünyasında daha bir modeli ilə gündəmdədir. SUV sinifində Grand Santa Fe, Santa Fe və Tucson ilə təmsil olunan Hyundai, krossover (kiçik) SUV sinfinə də daxil olub.

 

Adı, Yunanıstanın Krit (Creta) adalarından və İngiliscədə “creative” (yaradıcılıq) sözündən götürülmüş yeni model, qlobal bazarda indiyə qədər Hyundai ix25 adı ilə yerini alırdı. Hyundai şirkəti bu avtomobil ilə kiçik SUV bazarından ciddi pay almağı hədəfləyir.

 

Creta, Hyundai SUV ailəsinindən Santa Fe modelinə oxşarlığı ilə diqqət çəkir. “Qardaşından” aldığı xarici dizayna və müasir elementlərə malik Hyundai Creta, təchizat baxımından da zəngindir.

 

AZƏRBAYCANDA DA SATIŞINA BAŞLANILIB

 

Artıq Hyundai salonlarında yeni Creta-nın satışına başlanılıb. Aşiq olacağınız bu yeni model alıcılara 3 komplektasiyada (Aktiv, Konfort, Top) təqdim olunur.

 

Hyundai Creta, şirkətin Rusiyanın Sankt-Peterburq ərazisindəki zavodunda istehsal edilir. Rusiya Rublunun Manata qarşı daha sabit olması qiymət siyasətində Auto-Azerbaijan şirkətinə üstünlük təmin edir.

 

Yeni modelin qiyməti barədə bildirildi ki, Hyundai Creta münasib qiymət siyasətilə alıcılara təqdim olunur. Avtomobilin 1,6 litr mühərrik ilə təchiz olunan variantı 17 600 dollar və 18 700 dollara, 2,0 litr mühərrik ilə təchiz olunan variantı isə 23 400 dollara təklif olunur.

 

Aktiv

Komfort

Top

1.6 Benzin

1.6 Benzin

2,0 Benzin

17 600 USD

18 700 USD

23 400 USD

ALTI YERDƏN ÇOX HÜNDÜRDÜR

 

Detallarına gəlsək, 4270 mm uzunluq, 1780 mm en və 1622 mm hündürlük ölçülərinə malik olan bu kompakt SUV, Standart olaraq 16 düym təkərlər ilə (205/65-R16) satışa verilir.Hyundai Creta-nın, seçim olaraq 17 düym (215/60-R17) təkərlər ilə təchiz olunmuş versiyası da mövcuddur.

 

Avtomobilin daxili məkanında ən son Hyundai dizayn tərzinə yer verən şirkət; Açarsız giriş və işəsalma sistemi, 5 düym sensorlu ekran, arxa görüş kamerası kimi təchizatlar ilə bərabər, 6 hava yastığı, EBD dəstəkli ABS, ESC, VSM (Kruiz kontrol (cruise control) nəzarət sistemi ilə əlaqəli çalışan və qarşıdakı avtomobillə məsafə qoruma sistemi), Hil Start Assist (yoxuşun qalxması üçün dəstək sistemi) kimi təhlükəsizlik təchizatlarına da yer verib.

 

Creta-nın ön konsolu sanki bir rəssamın fırçasından çıxıb. Mükəmməl və estetik görünən ön konsol öz sinifində digər avtomobil markaları ilə müqayisədə daha peşəkar hazırlanıb.

 

Hyundai Creta 2 mühərrik variantı ilə satışa təqdim olunur: 123 at gücündə 1,6 litr benzin və 150 at gücündə 2,0 litr benzin. Yeni Hyundai Creta modeli Azərbaycan bazarına 6 pilləli avtomatik sürət qutusu ilə təqdim olunur.

 

BU SİNİFƏ TƏLƏB ARTIB

 

Qeyd edək ki, kiçik SUV bazarı sürətlə böyüyür. Model sırasını davamlı olaraq yeniləyən Hyundai, indiyədək bu seqmentində təmsil olunmurdu. Hyundai bazarın nəbzini yaxşı yoxlayan bir şirkət olduğundan Creta modeli ilə kiçik SUV seqmentinə daxil olub. Yeni Creta-nın, bu ilin 21 İyul tarixindən etibarən ilk olaraq Hindistanda satışına başlanmışdı. Daha sonra yeni model ix25 adı ilə Çin və digər bazarlarda təqdim olunub. Hyundai-ın Creta ilə getdikcə qızışan kiçik crossover “tortundan” böyük bir “tikə” ala biləcəyi ehtimal olunur.

 

Daha ətraflı: http:/.az/az/creta

Ətraflı məlumat:www.hyundai.az

09.12.2016 11:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ