Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar Fed gözləntisi ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar Fed gözləntisi ilə bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bloomberg Dollar Spot İndeksi, ABŞ pul vahidinin Avro, Yen və Avstraliya dolları qarşısında son bir neçə həftənin ən yüksək səviyyələrinə qalxması ilə yüksəlir. Dollar iki gündür bahalaşır.


 

Reklam_3_11

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


"Marja" xəbər veri ki, Klivlend Fed sədri Loretta Mesterin Bazar Ertəsi günü etdiyi şahin tonlu nitqi Dolları dəstəkləyib. Fed-in İyun ayında faiz artıracağı ehtimalı, keçən həftəki səviyyəsi olan  68%-dən 80%-ə qalxıb. Fed-də Neel Kashkari, James Bullard və digərlərinin edəcəyi çıxışlar, İyun ayındakı iclasda  faizin 25 faiz bəndi artırılacağına dair gözləntiləri gücləndirə bilər.

 

Klivlend Fed sədri Loretta Mester, Fedin faizləri artırmağı gecikdirməsi halında bunun iqtisadiyyatda durğunluğa səbəb ola biləcəyini deyib.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!


 
Ancaq Dolların bahalaşması, artan məşğulluğun maaşların artması və inflyasiyanın sürətlənməməsi ilə davam etməyə bilər. Fed inflyasiyanın 2%-ə qalxmasını gözləyir.

 

Bazar Fed-in bu il 2 dəfə faiz artıracağını gözləyir və belə bir proqnoz Yanvar ayından bu yana aşağı səviyyədə qalan Dolların yenidən bahalaşmasına yol aça bilər.


 
Dollar Yen qarşısında 113.83-ə çataraq 15 Martdan bu yana ən güclü səviyyəsinə çatıb.


 
Avro dollar qarşısında, Fransa seçkilərinin ardından katalizator qalmaması ilə iki gündür ucuzlaşır. Avro/Dollar məzənnəsi 0,3% gerləyərək 1.0885 səviyyəsinə düşüb. Qeyd edək ki, Avro Dollar qarşısında Fransada Emmanuel Makronun qələbəsi ilə əlaqədar bahalaşmışdı (Avro/Dollar 1.10 səviyyəsinə qalxmışdı). Seçki arxada qaldığından və Fed-in faiz artıracağı gün yaxınlaşdığından Avro ucuzlaşır, Dollar bahalaşır.

 

Dolların mühüm valyutalar qarşısında daha da bahalşaması və ABŞ-da neft hasilatının artması ilə əlaqədar olaraq neft ucuzlaşa və belə bir vəziyyət Azərbaycan Manatı üzərində yenidən təzyiq yarada bilər.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

09.05.2017 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ