Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Ekol" mənfəətə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ekol" mənfəətə keçib

2016-cı ilin sonuna “Ekol Mühəndislik Xidmətləri” QSC-nin aktivlərinin həcmi 2015-ci ilə nisbətən 9,3% artaraq 13 milyon 873 min manat təşkil edib.

 

Bu barədə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2016-ci ilin yekunları ilə  hesabatında qeyd olunub.

 

Hesabat dövründə QSC-nin nizamnamə kapitalı dəyişməz qalaraq 4 milyon 72 min manat təşkil edib.

 

Şirkətin ötən il cəmi kapitalının həcmi isə 4,7% artaraq 12 milyon 182 min manat olub. Bu dövrdə “Ekol Mühəndislik Xidmətləri”nin öhdəliklərinin həcmi isə 1 milyon 691 min manat təşkil edib.

 

QSC 2016-ci ili 542 min manat mənfəətlə başa vurub. "Ekol" 2015-ci ili 1 milyon 392 min manat zərər ilə başa vurmuşdu.

 

Bu il yanvarın 1-i tarixinə qurumun 509 nəfər işçisi olub.

 

Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) pay iştirakı ilə imzalanan müqavilə əsasında təsis edilib. 2006-cı il aprelin 17-də Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

 

Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

09.05.2017 13:30

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ