Fed/Kaplan: Bu il faiz 3 dəfə artırıla bilər
ABŞ Mərkəzi Bankının (Fed) Dallas Şöbəsinin sədri Robert Kaplan, Fed-in bu il cəmi 3 dəfə faiz artırmasının mümkün olduğunu deyib.
"Marja" xəbər verir ki, Kaplan, Fed-in pul siyasətini qiymətləndiririb.
Kaplan, Fedin, mart ayındakı faiz artırması daxil olmaqla, bu il bütövlükdə 3 dəfə faiz artırılmasının mümkün olduğunu bildirib.
ABŞ iqtisadiyyatının gözləntilərin üzərində performans göstərməsi vəziyyətində Fed-in erkən faiz artıra biləcəyini qeyd edən Kaplan, makro iqtisadi göstəricilərin gözləntilərdən aşağı olması vəziyyətində isə faizin gec artırılacağını deyib.
Kaplan, aşağı faiz nisbətlərinin iqtisadi tarazlıq yaradacağına diqqəti çəkərək, Amerika iqtisadiyyatının tam məşğulluğa çox yaxınlaşdığını vurğulayıb.
TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !
ABŞ Prezidenti Donald Trumpın bəzi planlarını müsbət qiymətləndirdiyini dilə gətirən Kaplan, digər tərəfdən, Trumpın ticarət və miqrasiya ilə bağlı siyasətlərini "narahatlıq verici" kimi səciyyələndirib.
Fedin pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsində (FOMC) Kaplanın bu il səsvermə hüququ var.
FOMC-ın növbəti iclası 13-14 İyun tarixlərində paytaxt Vaşinqtonda keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
13 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
17 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
17 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 20 saat əvvəl
- 20 saat əvvəl