Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropalıların çoxu "hər kəsə maaş" istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropalıların çoxu "hər kəsə maaş" istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İşi və təhsili nə olursa olsun bütün vətəndaşlara təməl ehtiyaclarını qarşılayacaq bir maaş verilməsini nəzərdə tutan vətəndaşlıq gəlirinə (maaşına) dəstək, Avropada  68%-ə çatıb. Bir çox Avropalı, vətəndaşlıq gəlirinin dünyanı bürüyən işsizlik və yoxsulluqla bağlı problemlərə həll ola biləcəyini düşünür.


 
"Marja" xəbər verir ki, baş ofisi Berlində yerləşən "Dalia Research"ın sorğusuna görə, Avropada vətəndaşlıq gəlirinə dəstək verənlərin nisbəti bu il 64%-dən  68%-ə yüksəlib. 28 Avropa Birliyi ölkəsində mart ayında keçirilən sorğuda iştirak edən 11 min nəfərin 68%-i, vətəndaşlıq gəlirlərilə bağlı referendumda bütün vətəndaşlara təməl ehtiyacların ödənilməsi üçün maaş ödənməsinə dəstək verəcəyini bildirib.
 

Reklam_3_11

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


İştirakçıların 41%-i isə vətəndaşlıq gəlirinin əvvəl test edilməsini istəyir. Qarşılıqsız maaş ödənməsinə qarşı çıxanlar isə, belə bir təcrübənin insanların işləmək istəyini azaldacağını və əcnəbilərin ölkəyə axın etməsinə səbəb olacağını bildirib.
 


Finlandiya və Hollandiyada pilot rayonlarda tətbiq olunan və Avropada mübahisələrə səbəb olan vətəndaşlıq gəliri təcrübəsi, peşə və təhsili nə olursa olsun bütün vətəndaşlara təməl ehtiyaclarını qarşılayacaq bir maaş ödənməsini nəzərdə tutur. Bu maaş, dövlətin vətəndaşlara göstərdiyi sosial  yardımlarının yerini alır və sistemdə böyük bir dəyişiklik anlamına gəlir.

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR

10.05.2017 05:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ