Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“PAŞA Həyat” www.e-pul.az ödəniş portalı ilə əməkdaşlığa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat” www.e-pul.az ödəniş portalı ilə əməkdaşlığa başlayıb

Müştərilərin rahatlığı üçün onlayn ödəniş sistemlərinin sayı genişləndirilir. 

 

Reklam_3_11

10.05.2017. Artıq bu gündən etibarən “PAŞA Həyat” şirkətinin müştəriləri sığorta haqqı məbləği üzrə ödənişlərini www.e-pul.az ödəniş portalı vasitəsilə də həyata keçirə biləcəklər.

 

Şirkətin mətbuat katibi Elnur Hüseynquluyevin "Marja"ya verdiyi məlumata görə, www.e-pul.az portalı vasitəsi ilə aparılan ödənişlər “PAŞA Həyat”ın bütün həyat sığortası məhsulları üzrə keçərlidir:

 

“Müştəri sadəcə www.pasha-life.az saytından və ya www.e-pul.az portalının sığorta bölməsinə daxil olaraq “PAŞA Həyat”ı seçməklə həyat sığortası üzrə müvafiq ödənişini edə bilər. Bütün bu kimi işlər “PAŞA Həyat” tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti bir addımdır. Bizim yeniliklərimiz yalnız bundan ibarət deyil. Gələcəkdə müştərilərin rahatlığını və ən əsası da onların vaxtlarına maksimum qənaət etmələrini nəzərə alaraq bir çox yeniliklər edəcəyik”.

 

Qeyd edək ki, www.e-pul.az təhlükəsizliyi, rahatlığı və çevikliyi ilə seçilən elektron ödəmə sistemidir. Ödənişlər kompyuter, planşet və smartfonlar vasitəsi ilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində aparılır və dərhal hesablara oturur.

 

Xatırladaq ki, “PAŞA Həyat” sözügedən sistemlə yanaşı, www.kassam.az və www.izim.az ödəniş portalları ilə də əməkdaşlıq edir.

 

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

10.05.2017 08:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ