Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda icarəyə çıxarılan ofislərin sayı kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda icarəyə çıxarılan ofislərin sayı kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Bu ilin aprel ayında Bakı şəhərinin icarə bazarına təklif olunan ofislərin sayı mart ayı ilə müqayisədə 35% artaraq 37 900 kv. metr təşkil edib.

 

 "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin məlumatına görə, artımın 3 820 kv.m-i icarə bazarına yeni daxil olunan ofislər, 1 062 kv.m-i isə yeni təmirdən çıxmış ofislərin sahəsi hesabına formalaşıb.

 

"İcarə bazarına təklif olunan ofislərin 61%-ni orta sahəli ofislər təşkil edib. Bu artım bir sıra bankların bağlanması, bir sıra sahələrin fəaliyyətini dayandırması, həmçinin, icarəçilərin öz xərclərini optimallaşdırmaq üçün son dövrlər ortahəcmli ofislərdən kiçik sahəli ofislərə köçməsi ilə izah oluna bilər", - deyə Birlikdən bildirilib.

 

Ofislərin icarəsi ilə bağlı ən çox təklif Nəsimi (30%) rayonunda, ən az təklif isə Binəqədi (5%) və Nizami (3%) rayonlarında qeydə alınıb. Qaradağ, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı rayonlarında isə işgüzar infrastruktur zəif olduğu üçün təklif olmayıb.

 

İcarə bazarına təklif olunan ofislərin 62%-i əsasən biznes mərkəzləri və "Plaza"larda, 38%-i isə yaşayış binalarında yerləşir. Ofislərin orta aylıq icarə haqqı biznes mərkəzləri və "Plaza"larda 20 manat/kv.m, yaşayış binalarında isə 10,3 manat/kv.m təşkil edir.

 

Ofislərin icarə qiyməti yerləşdiyi məntəqədən, təmirlikdən, təchizatdan və ümumi icarəyə verilən sahənin kiçik və böyük olmasından asılıdır. Ofislərin 56%-i icarəyə əşyalı təklif olunur.

 

Məlumat üçün qeyd edək ki, Bakıda icarəyə təklif olunan ən bahalı ofis "İçəri şəhər"də yerləşir. Belə ki, ümumi sahəsi 600 kv.m olan 10 otaqlı əla təmirli və tam əşyalı ofis aylıq 11 min manata təklif olunub.

 

© Report

10.05.2017 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ