Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

BP-də işləyən Azərbaycan vətəndaşları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-də işləyən Azərbaycan vətəndaşları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

2017-ci ilin Birinci rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu barədə “Marja”ya BP-dən bildirilib.

 

Qeyd edək ki, 2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxil idi. Beləliklə, birinci rübdə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 32 nəfər azalıb.

 

“Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir”,- Şirkətdən bildirilib.

10.05.2017 09:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ