Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azəri-Çıraq-Günəşlidən gündəlik hasilat 49 min barel azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azəri-Çıraq-Günəşlidən gündəlik hasilat 49 min barel azaldı

Azərbaycanda ən iri neft yataqları olan Azəri-Çıraq-Günəşlidə (AÇG) gündəlik hasilat 49 min barel azalıb.

 

Reklam_3_11

“Marja”nın “BP Azərbaycan” şirkətinin hesabatlarından topladığı məlumata görə, 2016-cı il ərzində AÇG-də gündəlik hasilat 630 min  barel olarkən, 2017-ci ilin birinci rübündə 581 min barelə düşüb.

 

2017-ci ilin birinci üç ay ərzində AÇG-dən ümumi hasilat 52 milyon bareldən artıq, yəni 7,1 milyon tondan artıq təşkil edib.

 

2016-cı ildə AÇG-dən  hasilat 230 milyon bareldən artıq, yəni 31,1 milyon tondan artıq təşkil etmişdi.

 

Ötən ilin I rübündə AÇG blokundan 8 milyon ton neft hasil edilmişdi. Ötən ilin anoloji dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında blokdan neft hasilatı 11,2% azalıb.

10.05.2017 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ