Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bölgələrdə ən azı 10 aqropark yaradılacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bölgələrdə ən azı 10 aqropark yaradılacaq”

Bölgələrdə ən azı 10 aqropark yaradılacaq. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.

 

Reklam_3_11

“Dövlət başçısının tapşırığına əsasən bölgələrdə ən azı 10 aqropark yaradılacaq”, - deyə nazir “Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.

 

Onun sözlərinə görə, hazırda Şəmkir rayonunda, Xaçmaz rayonunun Yalama qəsəbəsində və Xızı rayonunun Yeni Yaşma kəndində aqroparkların yaradılmasına başlanılıb.

 

H.Əsədov qeyd edib ki, son illər ərzində ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi əsaslı şəkildə yüksəlib.

 

“Əgər Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 94 və 88 faizə qədər artıb. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda özümüzü təminetmə səviyyəsi 86 faizdir, üstəlik hazırda hər il təqribən 40 min tondan çox təzə kartof ixrac edirik. Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 96 faiz, meyvə və giləmeyvə ilə üzrə isə 122 faiz təşkil edir”, - deyə kənd təsərrüfatı naziri vurğulayıb. 

 

© İnterfaks-Azərbaycan

10.05.2017 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ