Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiyanın ticarət profisiti ilk rübdə 49% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın ticarət profisiti ilk rübdə 49% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın xarici ticarət artığı (profisiti), bu ilin ilk rübündə 2016-nın eyni dövrünə nisbətən 49 faiz artaraq 38,3 milyard dollara yüksəlib.


 
Rusiya Federal Gömrük Xidmətindən verilən məlumatda, ölkənin ixracının bu ilin ilk 3 ayında 2016-nın eyni dövrünə nisbətən 35,2 faiz artaraq 83,8 milyard dollara yüksəldiyi, idxalının da 25,5 faiz artımla 45,5 milyard dollara çıxdığı qeyd edilib.


 
 Həmin dövrdə ölkənin xarici ticarət profisiti də 49 faiz artaraq 38,3 milyard dollar təşkil edib.


 
 Açıqlamada, Rusiyanın xarici ticarət əməliyyatlarının həcminin cari ilin yanvar-mart dövründə 2016-nın eyni dövrünə nisbətən 31,3 faiz artaraq 129,3 milyard dollara çıxdığı bildirilib.
 


 Rusiya Mərkəzi Bankı tərəfindən bir müddət öncə nəşr olunan hesabatda, ölkə iqtisadiyyatının bu ilin ilk rübündə 0,2 faiz ilə 0,4 faiz artdığı qeyd edilmişdi.

10.05.2017 12:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ