Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da həftəlik xam neft ehtiyatları 2,3 milyon barel artıb.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının bir əvvəlki həftə ilə müqayisədə, keçən həftə 2,3 milyon barel (0,5 faiz) artımla 485,4 milyon barelə qalxdığını açıqlayıb.


 
 Bazar gözləntisi ehtiyatların 2,5 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,6 milyon barrel  azalma göstərmişdi.


 
 ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək sözügedən həftədə 695,1 milyon barreldə qalıb.


 
 Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 10 min barrel azalma ilə 8,79 milyon barrelə enib.


 
 Ölkənin xam neft idxalı isə sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,1 milyon barel artımla 8,47 milyon barelə çatıb.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftədə 1,3 milyon barrel (0,6 faiz) azalaraq, 228,7 milyon barrel olub. Bazar gözləntisi 1,4 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,5 milyon barrel qalxmışdı.


 
 Həftəlik xam neft ehtiyatlarının artım göstərməsinin ardından, qlobal bazarlarda neftin qiymətləri aşağı düşüb.


 
Bakı vaxtı ilə saat 07:25-ə olan məlumata görə, ABŞ-da Qərbi Texas tipli xam neftin barrel qiyməti 52,67 dollara, London Brent növü neftin barrel qiyməti də 54,66 dollara enib.

22.12.2016 04:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ