Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Kredobank"dan 2213 kreditorun alacağı var

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kredobank"dan 2213 kreditorun alacağı var

Ləğvetmə prosesində olan “Kredobank” ASC-nin indiyə qədər 2213 kreditorunun tələbi qeydə alınıb.

 

Reklam_3_11

“Bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin ilk iclasında kredit təşkilatının ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

 

Onun sözlərinə görə, kreditorların Bankdan alacağı məbləğ 11,4 mln. manatdır.

 

“Bu pulun 9,1 mln. manatlıq hissəsi və yaxud 113-ü hüquqi şəxslərə, 2,3 mln. manatlıq hissəsi və yaxud 1 998-i fiziki şəxslərə məxsusdur”, - deyə A.Cavadov qeyd edib.

 

Onun sözlərinə görə, “Kredobank”ın kredit portfeli ilə yanaşı, əmlakı da qiymətləndirilib: “Bankın binalarının balans dəyəri 3,7 mln. manat, qiymətləndirilmiş bazar dəyəri isə 3,4 mln. manatdır. Bankın kompüter və rabitə avadanlıqlarının balans dəyəri 17 min manat, mebel avadanlıqlarının balans dəyəri 11,5 min manat, qeyri-maddi aktivlərinin qalıq dəyəri isə 9,5 min manat təşkil edir”.

 

© Report

10.05.2017 16:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ