Azərbaycandan iri həcmli qiymətli metal ixracı - 20 milyon dollar gəlir
“AzerGold” QSC ilk qızıl və gümüş tərkibli külçələrin ixracını həyata keçirib. Azərbaycanda hasil olunan və İsveçrənin nüfuzlu “Argor-Heraus” şirkəti tərəfindən saflaşdırılmış 16,1 min unsiya qızıl və 23,7 min unsiya gümüş beynəlxalq birjaya çıxarılıb.
“Marja” xəbər verir ki, bu, indiyədək Azərbaycandan birdəfəyə həyata keçirilən ən iri həcmli qiymətli metal ixracıdır. Şirkətin satışdan təqribən 20 milyon ABŞ dolları gəlir əldə etməsi gözlənilir.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
“AzerGold” bu ilin sonunadək ümumilikdə 160 min unsiya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) qiymətli metal satışını reallaşdırmağı planlaşdırır. Bu, dünyada hazırkı metal qiymətlərini nəzərə aldıqda cəmiyyətin ilin sonunadək gəlir kimi 85 milyon dollardan çox xarici valyutanı ölkə iqtisadiyytına daxil etməsi deməkdir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
14 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
18 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
18 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 21 saat əvvəl
- 21 saat əvvəl