Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pegasus Ermənistan planını təxirə saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pegasus Ermənistan planını təxirə saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1 İyun 2017-də ilk uçuşunu həyata keçirməyi planlaşdıran Pegasus-un bu planından imtina etdiyi bildirilir
 
 
Türkiyənin aviasiya şirkətləri siyasi səbəblərdən 7 sərhəd qonşusundan yalnız 5-inə Türkiyədən uçuş həyata keçirirlər. Pegasus şirkəti İstanbuldan İrəvana aviareys açmağı planlaşdırırdı.

 

Reklam_3_11

"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pegasus Ermənistana uçuş planını təxirə salıb.


 
Pegasus, 1 İyun 2017-ci il tarixində ilk reysini yerinə yetirəcəkdi. Ancaq 27 Apreldə bu plan təxirə salınıb.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


 
Ermənistan Mülki Aviasiya Administarsiyasının Baş direktoru Sergey Avetisyan Pegasus-un uçuş planından danışıb. Pegasus-a işarə edən Avetisyan, "Sözügedən hava yollarından aldığımız bir mesajda, bəzi texniki problemlərinin ortaya çıxdığı bildirildi. Hava yolu şirkətləri, öz qərarı ilə bazara girirlər" açıqlamasını verib.


 
Paytaxt İrəvandakı Zvartnost Hava Limanına İstanbuldan birbaşa uçuşlara başlamağı hədəfləyən Pegasus Hava Yollarının hədəfi həftədə 3 dəfə reys həyta keçirmək idi. Ermənistan mətbuatı bununla əlaqədar olaraq reyslərin bazar ertəsi, çərşənbə və cümə olmaqla həftədə üç gün İrəvana keçiriləcəyini yazmışdı.


 
Hazırda Ermənistan vətəndaşları Gürcüstan üzərindən Türkiyəyə səyahət edirlər.

 

Pegasus Azərbaycanın Qəbələ şəhərindən də uçuşlar həyata keçirir.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

11.05.2017 06:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ