Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

OPEC hasilatın azaldılmasının müddətinin uzadılması razılığına gəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC hasilatın azaldılmasının müddətinin uzadılması razılığına gəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması razılaşmasının müddətinin uzadılmasına dair razılığa gəliblər.

 

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu İraqın Neft naziri Cabbar əl-Laibi bəyan edib.

 

“Razılıq mövcuddur. Çünki bu qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq. Bu, o cümlədən bizim ölkənin büdcəsinə müsbət təsir göstərəcək”, deyə nazir bildirib.

 

Onun sözlərinə görə, razılaşmanın müddətinin uzadılması məsələsinə mayın 25-də Vyanada keçiriləcək OPEC-in növbəti görüşündə baxılacaq.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

 

© APA

11.05.2017 06:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ