Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Manat qıtlığı real sektorun inkişafına əngəldir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manat qıtlığı real sektorun inkişafına əngəldir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda manat bazasının Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 11.4 faizdir. Bu ilin ilk rübündə Mərkəzi Bankın təşkli etdiyi depozit hərracları vasitəsi ilə pul bazası daha 600 milyon manat azalaraq 6.8 milyard manata düşüb.

 

Reklam_3_11

Dünya Bankın məlumatına görə, pul bazasının ÜDM-də payı 89.9 faiz, Mərkəzi Avropa və Baltik ölkələrində 63.3 faiz, Türkiyədə 63.1 faiz, Gürcüstanda 42.1 faizdir. Böyük Britaniyada isə pul bazası ÜDM-dən 1.3 dəfə çoxdur. Rusiyada bu göstərici 42,5 faiz, Qazaxıstanda isə 42.1 faizdir. Göründüyü kimi, pul bazasının ÜDM-də payı Azərbaycanda digər ölkələr ilə müqayisədə xeyili kiçikdir. Bunun əsas səbəbi isə, 2014-2015-ci illərdəki intervensiya və 2016-ci ildən başlanan manat sterilizasiyasıdır.

 

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə,pul bazasının məhdudlaşdırılması manatın məzənnəsini və eləcə də infilyasiya səviyyəsini tənzimləməyə imkan versə də real sektorda xərcləmələri məhdudlaşdırır:

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

“Müasir anti-böhran nəzəriyyələrinin əsas fəlsəfəsi xərcləmələrin təşviq edilməsidir. Xərcləmələrin genişlənməsi real sektorunun inkişafı baxımdan vacibir. İstehlakçı pul xərcləməlidir ki, biznes inkişaf etsin. Pul bazasının kiçilməsi manat qıtlığı yaradır ki, bu da birbaşa istehlakçıları xərcləməyə deyil, imkan daxilində yığıma təşviq edir. Banklarda nağdlaşdırma ilə bağlı limitləri və qadağaları da bura əlavə etsək o zaman manat bazasının real sərhədlərini təsvir etmək çətin olmaz.

 

Təəssüf ki, sərt pul-kredit siyasəti manat bazasının genişləndirilməsinə imkan vermir ki, bu da real sektorun əsas çətinliklərindən birinə çevrilib. Bu baxımdan, pul bazasının məhdudlaşdırılması siyasətinin bazanın optimallaşdırılması siyasəti ilə əvəz olunmasına ehtiyac var. Manat qıtlığı nəinki uzun, hətta orta müddətli dövr üçün iqtisadi baxımdan arzuolunan deyil. Real sektorun və eləcə də qeyri-neft sektorunun inkişafı birbaşa pul bazasının optimallaşdırılması səviyyəsi ilə bağlı olduğundan manat bazasının genişləndirilməsinə ehtiyac var”.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

11.05.2017 09:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ