Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gələn ildən bəzi hallarda şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn ildən bəzi hallarda şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Gələn il yanvarın 1-dən xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

 

Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə” 2017-ci il 25 aprel tarixli 628-VQD nömrəli qanunun tətbiqi haqqında” sərəncam imzalayıb. 
 

Qeyd edək ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli qanunda şəxsiyyət vəsiqəsi ilə bağlı bu prosedurun 2017-ci il yanvarın 1-dən həyata keçirilməsi nəzərdə tutulub. “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun qəbulu ilə əlaqədar bu müddət dəyişdirilib.

 

©APA

11.05.2017 09:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ