Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstanda Caspian Energy Georgia şirkəti fəaliyyətə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanda Caspian Energy Georgia şirkəti fəaliyyətə başlayacaq

 “Caspian Energy Georgia Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy International Media Group-un mənafeyini təmsil edəcək”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu şirkət Gürcüstan ərazisində əməkdaşlığı fəallaşdırmaq niyyətində olan Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan şirkətləri tərəfindən çoxsaylı müraciətlər nəticəsində yaradılır.

 

Telman Əliyev qeyd edib ki, Caspian Energy Georgia Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq, seminar və dəyirmi masaların, illik Caspian Energy Forumun təşkili ilə məşğul olacaq. Bundan əlavə, ildə bir dəfə milli və beynəlxalq Caspian Energy Award, Caspian Business Award, Caspian CEO Award və Brand Award mükafatlarının təqdimetmə mərasimi təşkil olunacaq. Gələcəkdə Gürcüstanın iqtisadi inkişafına və investisiya cazibədarlığına həsr olunacaq ayrıca rüblük Caspian Energy jurnalının çapı planlaşdırılır.

 

“Caspian European Club Georgia və Caspian American Club Georgia-ya üzv olan bütün şirkətlər Azərbaycan, Qazaxıstan və Türkiyədə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group-un himayəsi altında keçirilən bütün tədbirlərdə  ödənişsiz əsaslarla iştirak edə biləcəklər”, - deyə Telman Əliyev fikrini yekunlaşdırıb.

 

Caspian European Club-a daxil olmaq istəyən şirkətlər http://www.caspianenergy.org/ saytında qeydiyyatdan keçə bilərlər. 

11.05.2017 10:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ