Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycan məzənnə korrektəsini gec aparıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan məzənnə korrektəsini gec aparıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan bir neçə ölkələrdən biridir ki, onunla bağlı proqnozumuzu 6 ay əvvələ nisbətən azaltdıq".

 

Reklam_3_11

Bunu  Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.

 

H.Timmer qeyd edib ki, neft qiymətləri Rusiya və Qazaxıstana nisbətən daha çox təsir edib:

 

"Neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan alıcılıq qabiliyyətinin 25%-ni itirib. Azərbaycanda yeni iş yerləri yaradılmalıdır. İxracyönümlü məhsullara üstünlük verilməlidir. Ötən il Bakıda olanda 5 əsas məsələni qaldırmışdım. Öncə pul siyasətinə baxılmalı və çevik məzənnə siyasəti aparılmalıdır. Məzənnə digər ölkələrə uyğunlaşdırılmalıdır. Azərbaycanda məzənnənin korrektəsi gec aparılıb, bu da iqtisadiyyata mənfi təsir edib". 

 

"İkinci məsələ bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Neft qiymətlərinin ucuzlaşdığı bir dövrdə bu, çox vacibdir. Bankları təkcə fiskal sahə hesabına deyil, restrukturizasiya hesabına da sağlamlaşdırmaq lazımdır".

 

H.Timmerin sözlərinə görə, Azərbaycanda fiskal dayanıqlıq təmin edilib: "İqtisadiyyatda baş verən şokların yaratdığı yük əhali arasında bərabər bölünməlidir. Həmçinin, Azərbaycan ticarət üçün sərhədləri açmalıdır. Xüsusən də, startaplara şərait yaradılmalıdır".

 

Yaxın iki ildə Azərbaycanda inflyasiya 2 dəfə azalacaq

 

Bu il Azərbaycanda inflyasiyanın 7,8% olacağı proqnozlaşdırılır.  Bu proqnoz Dünya Bankının "Trade in Transition" hesabatında qeyd edilib.

 

© Report

 

Hesabatda daha iki ilin inflyasiya proqnozu da verilib: "Gələn il üçün 4,2%-lik, 2019-cu ildə isə 3,8%-lik inflyasiya gözlənilir".

11.05.2017 11:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ