Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı Nəqliyyat Agentliyindən daha bir yenilik - TAKSİ DURACAQLARI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Nəqliyyat Agentliyindən daha bir yenilik - TAKSİ DURACAQLARI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin, o cümlədən taksi xidmətinin modernləşdirilməsi, bu sahədə göstərilən xidmətlərin şəhərin müasir simasına uyğunlaşdırılması işləri çərçivəsində daha bir yeniliyə imza atıb.

 

Qurumdan verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin pasportlaşdırdığı 79 taksi duracağının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb. Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır.

 

Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədilə duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb.

11.05.2017 12:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ