Azərbaycanda 1 000 000 dollarlıq sığorta

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" SŞ  İslam Həmrəyliyi Oyunlarının keçirilməsində iştirak edən bir neçə təşkilatçı şirkətləri 1 000 000 ABŞ dolları məbləğində sığortalayıb. Bu barədə "Marja"ya "Atəşgah" SŞ-dən bildirilib.

 

Kütləvi tədbirlərin həyata keçirilməsi ilə məşğul olan təşkilatçıların məsuliyyətinin sığortası Azərbaycanda nisbətən yeni və aktiv inkişaf edən sığorta növlərindəndir.

 

Bu sığortanın məqsədi Sığortalının öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman baş vermiş hadisə (qəza) nəticəsində üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə, həmçinin öz işçilərinin ölümünə və bədən xəsarətinə görə Sığortalının qanunvericiliklə nəzərdə tutulmuş təzminatlarının ödənilməsidir.

 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!

 

Kütləvi tədbirlər zamanı gözlənilməz bədbəxt hadisələr baş verə bilər - tamaşaçı, idmançı və digər iştirakçıların həyatına, sağlamlığına və ya əmlakına ziyan dəyə bilər. Bu cür hadisələr təşkilatçının hətta müflisləşməsinə səbəb ola biləcək əhəmiyyətli itkilərə gətirib çıxara bilər. Belə halların qarşısını kütləvi tədbirlərin təşkili ilə məşğul olan şirkətlərin mülki məsuliyyətlərini sığortalamaqla almaq olar.

11 May 2017, 16:41   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin