Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AGBank” “PAŞA Həyat Sığorta”nın məhsulunu satacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AGBank” “PAŞA Həyat Sığorta”nın məhsulunu satacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Həyat Sığorta” şirkəti “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi həyat sığortası məhsulunun satışı istiqamətində ölkənin ən tanınmış banklarından biri olan “AGBank” la əməkdaşlığa başlayıb. Bu barədə "Marja"ya “AGBank”dan bildirilib. 

 

Qeyd edək ki, “Ailəmin PAŞA Güvənliyi” sığorta məhsulunu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir. “Ailəmin PAŞA Güvənliyi” məhsulu üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayindən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.

 

Artıq bu gündən etibarən istənilən şəxs “AGBank”ın Bakı şəhəri və regionlarda yerləşən istənilən filialından “Ailəmin PAŞA Güvənliyi” adlı məhsulu əldə edə biləcək.

 

Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.

12.05.2017 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ