Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Reklam_3_11

Yeni layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd iki ildir Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdə hazırlanıb.

 

O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında dəfələrlə işsizliyin qarşısının alınması və ixtisarların olmaması üçün göstəriş verib: “İşsiz insanlar maliyyə cəhətdən heç vaxt problem yaşamamalıdırlar. Lakin işsizlərə müavinət verilməsi o demək deyil ki, onlarda ələ baxımlılıq yaransın. Təbii ki, işsizlərə müavinətlər müddətli şəkildə veriləcək. Bu məsələ mütəmadi şəkildə nəzarətdə olacaq. Çalışılacaq ki, daha çox iş stajı olanlara daha çox müavinət verilsin”.

 

Onun sözlərinə görə, bu günə qədər bəzi müəssisə rəhbərləri gəlir olmadığı təqdirdə işçilərinin əksəriyyətini ixtisar edirdi: “Yeni qanun layihəsi ilə bunu aradan qaldırmış olacağıq”.

 

Komitə sədri əlavə edib ki, işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq: “Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Fonda yığılan vəsaitdən özünüməşğulluq xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.

 

Yeni qanun layihəsi 4 fəsil, 26 maddədən ibarətdir. 

 

© Report

12.05.2017 10:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ