Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

ARDNF rəhbəri "Credit Agricole" bankının baş direktorunun müavini ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ARDNF rəhbəri "Credit Agricole" bankının baş direktorunun müavini ilə görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Fonddan "Marja"ya verilən məlumata görə, Ş.Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

 

Görüşdə ARDNF-nin Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olublar.

12.05.2017 11:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ