Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank VTB (Azərbaycan) dollar depozitləri üzrə faiz dərəcələrini artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan) dollar depozitləri üzrə faiz dərəcələrini artırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB (Azərbaycan) dollarda açılan “Sərfəli” əmanəti üzrə faiz dərəcələrini artırıb.

 

Yeni qaydalara əsasən, maksimal faiz dərəcəsi bir il müddətinə açılan əmanət üçün nəzərdə tutulub. Belə ki, 12 aylıq dollar əmanəti üzrə illik faiz dərəcəsi 3% təşkil edir (əvvəl 2% idi). Bu zaman faizlərin aylıq və ya müddətin sonunda götürülməsindən asılı olmayaraq faiz dərəcəsi dəyişməz qalır. 

 

Qaydalarda daha bir yenilik dollar əmanətinin müddəti ilə bağlıdır. İndi müştərilər “Sərfəli” əmanətini 6 aylıq müddətə də aça bilər. Bu əmanət üzrə maksimal müddət isə 24 ay təşkil edir.

 

Əmanət üzrə minimal məbləğ 100 dollardır və müştərinin seçimindən asılı olaraq hesablanmış faizlər bank hesabına və ya cari hesaba köçürülə bilər. Depozit Əmanətlərin Sığortalanması Fondu şərtlərinə əsasən sığortalanır.

 

Bank VTB (Azərbaycan)-da əmanət hesabı açdıqda, müştərilərə hesablanmış faizləri çıxarmaq üçün pulsuz plastik kart və hesab üzrə məlumat almaq üçün pulsuz SMS-məlumatlandırma təqdim olunur. Həmçinin depozit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi üzrə sərfəli şərtlər təklif olunur.  

12.05.2017 14:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ