Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avroya kimsənin ümidi qalmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avroya kimsənin ümidi qalmadı

Avro Bölgəsinin dağılacağı barədə fikirlər artır.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Sentyabrdan bu yana çox mühüm və uzaqgörən adlar dağılmaqdan bəhs edirlər.  13 Sentyabrda məşhur Nobel mükafatlı iqtisadçı Cozef Stiglitzin yüksək bir tonda dilə gətirdiyi bu ehtimalı Avronun qurucuları belə deməyə başlayıblar. Avropa Mərkəzi Bankının ilk baş iqtisadçısı və avronun memarlarından olan professor Otmar Issing, maliyyə böhranının bir yerdən digər yerə atıldığını bildirərək "Sonda Avro Bölgəsi dözməyəcək və dağılacaq" deyib.
 
 
DAĞILACAQ DEYƏNLƏR 16,3%-Ə ÇIXIB
 
 
 Ötən həftə Bundesbank-ın keçmiş İdarə Heyətinin üzvü Thilo Sarrazin, avronun hər an dağıla biləcəyini deyib. Dünən də, Almaniyanın maliyyə naziri Wolfgang Schauble verdiyi bəyanatda qaydalara riayət edilmədiyi təqdirdə Avro Bölgəsinin dağılacağını bildirib. Maliyyə qurumlar da eyni narahatlığı hesablayırlar. "Sentix"in Avro Bölgəsi Dağılma İndeksi sorğusunun nəticələrinə görə, 16.3 faiz, 12 ay ərzində dağılmanın mümkün ola biləcəyini düşünür. "Reuters"in sorğusunda isə, ən azı bir və ya daha çox üzvünün 2017-də avrodan çıxacağını düşünənlərin nisbəti 70-75 faiz səviyyəsindədir.
 
 
 AVRO DAĞILSA, NƏ OLAR?
 
 
 Avronun dağılması halında gözlənilən ssenarilər bu şəkildədir:
 
-Bankda hesabı olan bir çox adam pulunu böyük ölkələrə köçürəcəyi üçün çıxılan ölkənin sistemi böyük problem yaşayacaq,
 
-Sadə vətəndaşdan şirkətlərə qədər kreditə çıxışı çətinləşəcək. Nağd pul sıxıntısı da dərhal hiss olunacaq.
 
- Dövlət, bankları dəstəkləmək məcburiyyətində qalacağı üçün yeni dövlət iflasları baş verə bilər,
 
- Yeni pul vahidi çıxarmaq məcburiyyətində qalan ölkələrdə 30-50 faiz arasında devalvasiya olacaq,
 
- İnflyasiya idxal ediləcəyi üçün hiper inflyasiya yarana bilər,
 
-Xüsusilə Cənubi Avropadakı bankların batması ilə şirkətlərdə də iflaslar görüləcək.

22.12.2016 07:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ