Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Maliyyə naziri Beynəlxalq Bankın xarici kreditorları ilə görüşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə naziri Beynəlxalq Bankın xarici kreditorları ilə görüşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Maliyyə naziri Samir Şərifov və Azərbaycan Beynəlxalq Bankının (ABB) nümayəndələri borcların bir hissəsi ilə ölkənin suveren istiqrazlarının mübadiləsi imkanlarını müzakirə etmək üçün mayın 23-də bankın xarici kreditorları ilə görüşəcəklər.

 

“Bank və maliyyə naziri mayın 23-də investorlarla görüşərək bankın borclarının könüllü şəkildə restrukturlaşdırılması sxemini onlara göstərmək niyyətindədir”, - deyə bank bazarındakı məlumatlı mənbə bildirib.

 

ABB mayın 11-də xarici borc üzrə ödənişləri dayandırması və investorlara öz borclarının bir hissəsini Azərbaycanın suveren istiqrazlarına dəyişdirməyi təklif edəcəyi barədə məlumat yayıb. Mənbənin məlumatına görə, sxemin investorlara məlum olan yeganə detalı bundan ibarətdir ki, “ABB-nin xarici öhdəliklərinin bir hissəsi Azərbaycanın suveren istiqrazlarına dəyişdiriləcək”.

 

“Bankın xarici borc üzrə ödənişləri dayandırması barədə məlumat yayıldıqdan sonra ABB-nin istiqrazları dərhal dəyərdən düşüb”, - deyə mənbə qeyd edib.

 

Nəticədə ABB qrafik üzrə mayın 10-da ödənilməli olan öhdəliklər üzrə ödənişi gecikdirib.

 

© “İnterfaks-Azərbaycan” 

12.05.2017 15:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ