Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da inflyasiya Fed-in hədəfinə uyğun artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da inflyasiya Fed-in hədəfinə uyğun artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
ABŞ-da Aprel ayında yüksələn istehlakçı qiymətləri inflyasiyanın stabil olduğunu göstərib. Bu artım, Fed-in faizləri artırmaq ehtimalını da dəstəkləyir.


 
"Marja" xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya Mart ayında 0.3% düşməsinin ardından Apreldə aylıq 0.2%, illik 2.2% artıb. Gözlənti aylıq 0.2%, illik 2.3% artım idi.

Reklam_3_11


 
Baza inflyasiya aylıq 0.1% ilə gözləntidən aşağı artıb. İllik artım isə 1.9% olub. Proqnoz 2% idi. Enerji qiymətləri əvvəlki aya nisbətən 1.1% yüksələrkən, ərzaq qiymətləri Apreldə 0.2% artıb.


 
Əhalinin xərclərində görülən yaxşılaşma və qlobal tələbdəki artım ilə, inflyasiyanın gələcək aylarda Fed-in hədəfini qarşılayacağı, hətta hədəfi dəf edəcəyi gözləntiləri də artır. Mərkəzi Bankın seçim etdiyi inflyasiya göstəricisi Fevral ayında 2%-lik hədəfin üzərində baş vermişdi.

 

ABŞ-da pərakəndə satışlar Apreldə gücləndi
 
 
ABŞ-da pərakəndə satışlar iqtisadiyyatda ilk rübdə görülən səngimənin müvəqqəti olduğuna işarə edib. ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, pərakəndə satışlar Apreldə 0.4% artıb. Bloomberg-in sorğusuna qatılan ekspertlər 0.6% artım olacağını gözləyirdilər.


 
Avtomobil xaric pərakəndə satışlar 0.3% artaraq 0.5%-lik gözlənitidən aşağı qalıb. 13 böyük pərakəndə kateqoriyasından 9-unda satışlar artıb. Mart ayı pərakəndə satış göstəricisi isə 0.2% azalmadan 0.1% artıma dəyişdirilib.


 
 Pərakəndə satışlarda artımın Aprel-İyun dövründə iqtisadi artımı dəstəkləyəcəyi bildirilir.

 

İllik inflyasiya, baza inflyasiya, pərakəndə satışlar və avtomobil xaric pərakəndə satışlar proqnozlardan aşağı qalıb. Bu, Dollara neqativ təsir edib. Avro/Dollar məzənnəsi 0,5% yüksələrək 1.0918 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar güclənib).

12.05.2017 15:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ