Ən yuxarı (mobil)_30

Nazir: Dolların məzənnəsi 10% artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Dolların məzənnəsi 10% artacaq

Dünya bazarında neftin cari qiymət səviyyəsi şəraitində Rusiyada ABŞ dollarının məzənnəsi 62-63 rubla yüksəlməlidir. 

 

 "RİA Novosti" agentliyin xəbər verir ki, bu açıqlama ilə iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib.

 

Nazir bildirib ki, neftin cari qiymət səviyyəsində dollar 60 rubldan baha, təxminən 62-63 rubl olmalıdır: "Bir tərəfdən tədiyyə balansının pisləşməsi, digər tərəfdən uçot dərəcəsinin azaldılması valyuta bazarına təsir edəcək və onu uzunmüddətli tarazlıq səviyyəsinə gətirib çıxaracaq".

 

Gömrük İdarəsinin statistikasını təhlil edən M.Oreşkin həmçinin qeyd edib ki, ilk rübdə müşahidə olunan 38,3 mlrd. dollarlıq ticarət profisitinə baxmayaraq möhkəmlənən rubl idxalın ötən ilin analoji dövrü ilə müqayisədə 25,5% artmasına səbəb olub. Qarşıdan yay mövsümünün gəldiyini diqqətə alsaq, cari hesab balansının pisləşməsi ehtimal olunur: "Bu da bizə onu deməyə imkan verir ki, dolların hazırkı səviyyəsini bir daha görməyəcəyik".

 

Qeyd edək ki, hazırda Rusiyada dolların məzənnəsi 57 rubldan bir qədər artıqdır. Yəni, nazirin sözlərinə görə, dolların 10% bahalaşması gözlənilir. Belə olarsa, manata təzyiq bir qədər arta bilər.

 

© Report

12.05.2017 15:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ