Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İşsizlikdən sığorta vəsaitlərinin mənbələri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşsizlikdən sığorta vəsaitlərinin mənbələri açıqlanıb

Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (İşsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.
 

Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

- bu qanunla müəyyən qaydada ödənilən sığorta haqqları;

- bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;

- “Qran haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

- bank kreditləri;

- qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr;

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

 

© APA

13.05.2017 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ