ARDNF səhmlərə investisiyalarını artıracaq
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhm portfelinə investisiyaların məcmu dəyərinin maksimum 25%-ni ayıracaq.
Bu, Prezident İlham Əliyevin mayın 12-də imzaladığı "ARDNF-in vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti" fərmanında qeyd olunub.
Xatırladaq ki, bundan əvvəlki fərmanda ARDNF məcmu vəsaitlərin maksimum 15%-ni səhm portfelinə yatıra bilərdi. Bununla yanaşı, fərmanda qeyd olunub ki, ARDNF-in məcmu vəsaitinin maksimum 5%-ə qədəri səhmlərə investisiya edən pay fondlarına yatırıla bilər.
Fərmanda yer alan dəyişikliklərdən sonra ARDNF-in borc öhdəlikləri və pul bazarı alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (avro istisna olmaqla) üzrə dərc edilmiş 6 aylıq (əvvəlki - 3 aylıq) LIBOR faiz dərəcəsi götürüləcək.
Neft Fondunun borc öhdəlikləri və pul bazarı alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq (əvvəlki - 3 aylıq) EURİBOR faiz dərəcəsi götürüləcək.
LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilə bilər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
23 saat sonra
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 43 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
2 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
2 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
2 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb
-
3 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
3 saat əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq