Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da qazılan neft quyuları və hasilat artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazılan neft quyuları və hasilat artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da qazılan neft quyularının sayı artaraq 712-yə çatıb.


 
"Marja" xəbər verir ki, Dünyanın ən böyük neft sahəsinə xidmət göstərən şirkətlərindən biri olan "Baker Hughes"ın həftəlik hesabatına görə, Amerikada bu həftə qazılan neft quyularının sayı 9 ədəd artaraq 712-yə yüksəlib.


 
"Baker Hughes"ın hesabatı, ölkədəki qazılan neft quyularının sayında 17 həftə ardıcıl artım olduğunu  göstərib. Beləliklə, yanvar ayında 522 olan qazılan quyuların sayı son 17 həftədədə 36,4 faiz artıb.

 

MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR


 
 ABŞ-da qazılan neft quyularının sayı 2014-də 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyəyə qalxmışdı. , Aşağı neft qiymətlərinin Amerikanın neft sənayesinə mənfi təsir etməsilə ötən ilin may ayında isə qazılan quyuların sayı 316-ya düşmüşdü.


 
 Neft hasilatı 12 həftədir artır


 
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə də, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ xam neft istehsalı, son 12 həftədir artım qeyd edərək ötən həftə 9,31 milyon barelə qədər yüksəlib.


 
Ekspertlər, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın bu ilin əvvəlindən etibarən istehsal səviyyələrini azaldığına işarə edərək, bunun neft qiymətlərini artırdığını və bu sayədə Amerikanın neft sektoruna investisiyaların geri qayıtmağa başladığını bildirirlər.

 

0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!


 
 EIA-nın aprel ayı "Qısa Dövr Enerji Mənzərəsi" hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il də 10 milyon barrel olması nəzərdə tutulur.

13.05.2017 09:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ